21 oktyabr 2026 23:37
126

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında (MİZ) iki ticarət gəmisinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma görə təəssüflənir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın Baş naziri Rumen Radevlə telefon danışığında bildirib.

Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib ki, liderlər ikitərəfli əlaqələri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan telefon danışığında iki ölkənin əlaqələrini inkişaf etdirmək üçün addımlar atılacağını, ticarət başda olmaqla əməkdaşlığımı artıracaq konkret tədbirlər görüləcəyini bildirib.

Bolqarıstanın Baş naziri həmçinin 11-12 noyabrda Antalyada keçiriləcək COP31 Liderlər Zirvəsinə də dəvət olunub.