21 oktyabr 2026 23:30
138

ABŞ İran məhsullarının tədarükünə görə hüquq şirkətini sanksiya siyahısına daxil edib

ABŞ Yunanıstan və Panamada ofisləri olan hüquq şirkətini İrana qarşı tətbiq edilən sanksiyalar siyahısına daxil edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

ABŞ-ın məhdudlaşdırıcı tədbirləri "Karnakis and Karnakis" şirkətinə şamil edilib. ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, bu hüquq şirkəti İran məhsullarının bazarlara qanunsuz şəkildə tədarükünə yardım edib və bununla da guya Tehranın silahların hazırlanması və nüvə proqramının inkişafı üçün vəsait əldə etməsinə şərait yaradıb.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını, eləcə də ABŞ vətəndaşlarına və şirkətlərinə siyahıda yer alan tərəflərlə işgüzar əlaqələr qurmağın qadağan olunmasını nəzərdə tutur.

Sanksiyalar siyahısına şirkətlə əlaqəli olduğu ehtimal edilən daha beş fiziki şəxs də daxil edilib. ABŞ Maliyyə Nazirliyi Karnakis and Karnakis şirkətinin iştirak etdiyi əməliyyatların başa çatdırılması üçün zəruri əməliyyatların noyabrın 20-dək həyata keçirilməsinə icazə verən ümumi lisenziya verib.