Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 143,971 milyon barel neft nəql edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti məlumat yayıb.
Məlumata görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 12,216 milyon barel və ya 7,8 % azdır.
Təkcə sentyabr ayında isə bu kəmər vasitəsilə 16,078 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 659 min barel və ya 3,9 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
PHP-də aşkarlanan kritik boşluqlar bir sıra ölkələrdə dövlət saytlarının müvəqqəti bağlanmasına səbəb olub
ABŞ İran məhsullarının tədarükünə görə hüquq şirkətini sanksiya siyahısına daxil edib
Moskvada Ukrayna münaqişəsinin başa çatmasına doğru irəliləyiş olduğu bildirilib