21 oktyabr 2026 20:41
157

Məkkə sazişi müzakirə üçün TBMM-ə göndərilib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə sazişinin təsdiq edilməsinə dair qanun təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasına göndərilib.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, təklif 3 maddədən ibarətdir.

Təklifin ümumi əsaslandırmasında Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında sazişin 7 avqust 2026-cı il tarixində Məkkədə imzalandığı xatırladılıb.

Qeyd olunub ki, bu saziş regional sülh, sabitlik və təhlükəsizliyə töhfə vermək niyyətində olan, beynəlxalq hüquqa hörmət edən və ərazi bütövlüyü, suveren bərabərlik, daxili işlərə qarışmamaq prinsiplərini qəbul edən bütün bölgə ölkələrinin iştirakına açıqdır.

Qanun təklifi Xarici İşlər Komissiyasında müzakirə olunacaq. Komissiyada qəbul edildikdən sonra TBMM-in Ümumi İclasının gündəliyinə daxil ediləcək.