15 oktyabr 2026 20:00
15

Vətəndaşlarla növbəti səyyar qəbul keçirilib

 

İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbullarının keçirilməsi davam etdirilir.

Növbəti səyyar qəbul Sərdahar kənd sakinləri ilə keçirilib. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı fikir və təklifləri öyrənilib.

Araşdırılması zəruri olan müraciətlər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.