Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Report"