20 oktyabr 2026 01:18
87

Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb

Türkiyənin Adıyaman vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb olunub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.