20 oktyabr 2026 01:52
97

Pakistanlı general sabah Tehrana səfər edəcək

Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir sabah Tehrana səfər edəcək və baş tutacaq görüşlərdə regional proseslər barədə müzakirələrin aparılması planlaşdırılır.

“İki sahil” "Tasnim"ə istinadən xəbər verir ki, səfər çərçivəsində A. Munir İranın rəsmiləri ilə görüşüb müəyyən məsləhətləşmələr aparacaq.

Qeyd olunub ki, əməkdaşlıq və iki ölkə arasındakı mühüm məsələlərlə yanaşı, regiondakı hadisələrin müzakirəsi nəzərdə tutulub.

Munirin Tehrana səfərinin gündəliyindəki digər məsələ Pakistanın ABŞ ilə İran arasında vasitəçiləyinə aiddir.