ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” (New America) olaraq dəyişdirilməsini təklif edib.
“İki sahil” xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
“Biz Meksika deyilik, biz Amerika Birləşmiş Ştatlarıyıq! Nyu-Meksiko dərhal adını Yeni Amerika olaraq dəyişdirməlidir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti hesab edir ki, ad dəyişikliyi ştatın nüfuzunu və dəyərini artıracaq, daşınmaz əmlakın qiymətlərinin və əhalinin gəlirlərinin yüksəlməsinə səbəb olacaq.
ABŞ Prezidenti: Putinlə Ukrayna üzrə danışıqları yarımçıq dayandırmaq istəmirəm