19 oktyabr 2026 14:04
92

Rubio Ukraynada münaqişənin davam etməsinin səbəbini açıqlayıb

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna tərəfinin Donbasın onun tərəfindən nəzarət olunan hissəsindən qoşunlarını çıxarmaq istəməməsi münaqişənin davam etməsinin əsas səbridir.

“İki sahil” xəbər verir ki,  Rubio bu barədə "Breitbart" portalına müsahibəsində bildirib.

"Ukrayna bəyan edir: "Biz Donbasın qalan 11%-ni verə bilmərik, çünki bu müdafiə xətti bizim üçün sonuncudur". Beləliklə, bu, həmin münaqişənin əsasında dayanır. Hazırda başqa problemlər də çoxdur, lakin son nəticədə münaqişə məhz buna görə davam edir", — deyə Rubio bildirib.

O, vurğulayıb ki, Vaşinqtonun nöqteyi-nəzərindən, yaranmış vəziyyət bütün tərəflər arasında kompromis tapmaqdakı çətinliklər səbəbindən danışıqlar prosesini mürəkkəbləşdirir.