19 oktyabr 2026 13:00
121

Çin pilotsuz uçuş aparatlarının ixracına nəzarəti sərtləşdirir

Çin Xalq Respublikası pilotsuz uçuş aparatları (PUA), həmçinin onlarla bağlı məhsul və texnologiyalara tətbiq edilən ixrac nəzarəti tədbirlərinə düzəlişlər edəcək. Məhdudiyyətlər noyabrın 18-dən qüvvəyə minəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Siyahıya bəzi PUA növləri, avtonom uçuş, radiotərəddüd və idarəetmə, eləcə də maneələrə davamlı peyk naviqasiyası texnologiyaları daxil edilib. Tədbirlər ÇXR Dövlət Şurası və Mərkəzi Hərbi Şurasının təsdiqi ilə tətbiq olunur.

İxrac nəzarəti, xüsusən də operatorun birbaşa görmə zonasından kənarda idarəolunan uçuş həyata keçirmək və 12,86 m/s sürətlə əsən küləkdə 30 dəqiqədən 3 saatadək havada qalmaq qabiliyyətinə malik aparatlara şamil olunacaq. Uçuş məsafəsi 300 km-dən çox olan dronların, aerosol çiləmə qurğuları ilə təchiz edilmiş və ya tutumu 80 litrdən çox olan belə qurğuların quraşdırılması üçün konstruktiv şəkildə nəzərdə tutulmuş bəzi PUA-ların ixracı üçün də xüsusi icazə tələb olunacaq.