14 oktyabr 2026 23:39
134

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar.

“İki sahil”in "Politico" nəşrinə istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin binasının birinci mərtəbəsində yanğın baş verib.

Nümayişçilər binaya daş və yandırıcı qarışıqlar olan butulkalar atıblar. Polis isə cavab olaraq gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Etirazçılar təhsil haqlarının həddindən artıq yüksək olması, maliyyələşdirmə çatışmazlığı və gənclər arasında kütləvi işsizlik problemlərinin həllini tələb edirlər.

Nümayişçilər Baş nazirin ofisinin qarşısında da "Molotov kokteylləri"ndən istifadə ediblər.

Albaniya polisi iğtişaşlar zamanı altı hüquq-mühafizə orqanı əməkdaşının və bir qadın jurnalistin xəsarət aldığını bildirib. Aksiya iştirakçılarından 23 nəfər saxlanılıb.