01 oktyabr 2026 14:00
119

Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq

Sabah Bakının Nizami rayonunun bəzi ərazilərinin suyun verilişində fasilələr olacaq.

Bu barədə "İki sahil"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlı oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.