01 oktyabr 2026 11:58
100

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

 

Bakı Dövlət Universitetinin (BDU) alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub.

Bunlar “Azərbaycan florasının dərman bitkilərinin ekstraktlarında terapevtik nanohissəciklərin sintezi texnologiyasının işlənməsi və tədqiqi” (layihə rəhbəri - Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov), “Elektron rekonstruksiya və defekt vəziyyətlərinin mühəndisliyi vasitəsi ilə yeni keçirici platformaların dizaynı” (layihə rəhbəri - Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi Aidə Əhmədova), “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəni, etno-mədəni irs resurslarının məkan analizi və turizm potensialının qiymətləndirilməsi” (layihə rəhbəri - Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi Vüqar Dərgahov) layihələridir.

BDU əməkdaşlarını təbrik edir, elmi fəaliyyətlərində uğurlar arzulayırıq!