01 oktyabr 2026 13:34
218

Texnologiya və etibar zirvədə: Kaspersky-nin dünya XDR bazarında liderliyi təsdiqlənib

Kaspersky beynəlxalq analitik şirkət olan “QKS Group” tərəfindən tərtib edilən "SPARK Matrix™: ExtendedDetection and Response (XDR)" dünya reytinqində lider olub. Ekspertlər şirkətin texnoloji mükəmməlliyini(Technology Excellence) və müştərilər üçün əhəmiyyətli dəyər yaratmaq (Customer Impact) imkanlarını yüksək qiymətləndiriblər. Bu göstəricilər əsasında Kasperskyqlobal bazarda əsas oyunçular sırasına daxil olub və 10 ən yaxşı 10 XDR həlli təchizatçısından biri kimi tanınıb.

“QKS Group”un hesabatında Kaspersky-nin XDR həllininşirkəti bazarda fərqləndirən əsas tərəfinin müxtəlif mənbələrdən təhlükəsizlik məlumatlarını toplamaq vəvahid sistemdə birləşdirmək imkanı olduğu qeyd olunur. Bu, mütəxəssislərə təhdidləri daha tez müəyyən etməyə və onlara cavab verməyə imkan verir. Platforma EPP, EDR, XDR və SIEM imkanlarını birləşdirir və həm Kaspersky, həm də digər satıcıların həlləri ilə 300-dən çox hazır inteqrasiyanı dəstəkləyir. Platformada həmçinin süni intellekt texnologiyalarından və “Kaspersky ThreatIntelligence” məlumatlarından istifadə olunur. Hazır və konfiqurasiya edilə bilən cavab ssenariləri bildiriş və insidentlərin emalını avtomatlaşdırır, bununla da təhdidlərin qarşısının alınmasını sürətləndirir və informasiya təhlükəsizliyi qruplarının iş yükünü azaldır. Çevik yerləşdirmə seçimləri isə platformanın müxtəlif İT mühitlərində istifadəsinə imkan verir.

"Müasir kiberhücumlar İT infrastrukturunun eyni vaxtda bir çox elementinə təsir göstərir, buna görə də təşkilatlar üçüntəhdidlərin aşkarlanması və təhlilinə kompleks yanaşma vacibdir. XDR müxtəlif siqnalları və hadisələri vahid kontekstdə birləşdirməyə imkan verir ki, bu da mütəxəssislərə insidentin miqyasını tez qiymətləndirməyəvə müvafiq tədbirlər görməyə kömək edir. ‘QKS Group’unXDR platformamızı yüksək qiymətləndirməsi bizi məmnun edir. Əsas göstəricilər üzrə dünya miqyasında aparıcı XDR bazar iştirakçıları ilə eyni sırada yer almağımız xüsusilə əhəmiyyətlidir. Bizim üçün bu qiymətləndirmə təkcə platformanın texnoloji imkanlarını deyil, həm də təhdidlərin aşkarlanması, təhlili və onlara reaksiya proseslərinin səmərəliliyini artırmaqla dünya üzrə təşkilatlara təqdim etdiyi praktiki dəyəri təsdiqləyir", – deyə Kaspersky-ninVahid korporativ platformanın inkişafı üzrə rəhbəri İlyaMarkelov bildirib.

"Kaspersky kibertəhdid kəşfiyyatı məlumatlarına əsaslanan vahid təhdid aşkarlama və onlara cavabverməyanaşması sayəsində XDR bazarındakı mövqeyini gücləndirib. Şirkətin XDR platforması EPP, EDR, XDR və SIEM imkanlarını özündə birləşdirərək təşkilatlara son nöqtələr, şəbəkələr, bulud mühitləri və üçüncü tərəf mənbələrindən əldə edilən telemetriya və təhlükəsizlik hadisələri əlaqələndirməyə imkan verir. Araşdırma qrafiki, çarpaz korrelyasiya, təhdidlərin proaktiv axtarışı (threathunting) və ‘Kaspersky Threat Intelligence’ ilə inteqrasiya kimi funksiyalar mürəkkəb və daim dəyişən təhdidləri müəyyən etməyə kömək edir. Geniş inteqrasiya imkanları, hazır və konfiqurasiya edilə bilən cavab ssenariləri, süni intellekt texnologiyaları və çevik yerləşdirmə seçimləri ilə birlikdə bu, Kaspersky-ni XDR bazarındakı lider mövqeyə qaldırır," – deyə “QKS Group”un baş analitiki Kunal Kumarqeyd edib.

“QKS Group”un “SPARK Matrix™” reytinqi “Extended Detection and Response (XDR)” bazarındakı rəqabət mühitini araşdıran bir alətdir. Reytinqdə bazarın əsas tendensiyaları, sənayenin dinamikası, aparıcı təchizatçılarıvə onların rəqabət mövqelərini təhlil edilir. Bu hesabat təşkilatlara XDR həllərini seçərkən təchizatçıların imkanlarını müqayisə etməyə, onların texnoloji üstünlüklərini və rəqabət baxımından fərqləndiricixüsusiyyətlərini qiymətləndirməyə, həmçinin bazar mövqeyini nəzərə almağa imkan verir.