26 sentyabr 2026 21:00
93

Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb

Pakistanın şimal-qərbində, Dera-İsmayıl-Xan rayonunun Darazinda yaşayış məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Dawn" qəzeti yazıb. Son məlumatlara əsasən, hadisə nəticəsində 35-dən çox insan yaralanıb. Məlum olub ki, terrorçu partlayıcı maddələrlə yüklənmiş traktor qoşqusunu "Aman-Mela" polis nəzarət-buraxılış məntəqəsinə yönəldib. Partlayış nəticəsində binanın və ona bitişik tikililərin əhəmiyyətli hissəsi dağılıb. Xilasetmə işləri hələ başa çatmayıb.

Nəşrin məlumatına görə, son aylarda Xeybər-Paxtunxva əyalətində terror fəaliyyətində artım müşahidə olunur. Belə ki, yalnız avqust ayında regionda 54 terror hücumu qeydə alınıb.