26 sentyabr 2026 20:39
80

Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN başçısı Yohan Vadeful ilə Ukrayna ətrafındakı vəziyyəti, eləcə də Moskva ilə Berlin arasında ikitərəfli münasibətləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin məlumatında deyilir. Məlumata görə, almaniyalı nazir bu və digər məsələlər üzrə ölkə hökumətinin dəfələrlə açıq şəkildə ifadə etdiyi mövqeyi təsdiqləyib.