26 sentyabr 2026 18:53
111

Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rədd edirəm", – deyib. Onun sözlərinə görə, Tehran Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutan razılaşma əldə etmək istəyir, çünki "sarsıdıcı məğlubiyyətə uğrayır". "Onlar razılaşma əldə etmək istəyirlər və məncə, bu, normaldır. Mən də razılaşmalar bağlamağı sevirəm, amma belə bir razılaşma qəbuledilməz olardı", – deyə Tramp vurğulayıb.