25 sentyabr 2026 17:10
93

SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Citigroup Inc" arasında maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.

Bununla bağlı müzakirələr R. Nəcəfin şirkətin Müştərilərlə əlaqələr üzrə baş direktoru Devid Livinqston və nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüş zamanı birgə həyata keçirilən layihələri nəzərdən keçirilib: "Beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, enerji layihələrinin maliyyələşdirilməsi və alternativ maliyyələşdirmə mexanizmləri müzakirə etdiyimiz əsas mövzular sırasında olub".

R. Nəcəf qeyd edib ki, güclü maliyyə tərəfdaşlıqları SOCAR-ın investisiya portfelinin genişləndirilməsinə və strateji layihələrinin həyata keçirilməsinə yeni imkanlar yaradır.