Çinin Sindao limanında lövbər salmış yük gəmisində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" Çinin dövlət mediasına istinadən məlumat yayıb.
"Xinhua" agentliyinin yaydığı fotoya əsasən, gəminin Liberiya bayrağı altında üzən "Ocean Melody" olduğu müəyyən edilib.
Göyərtədə 42 nəfər olub, onlardan 12-si təxliyə edilib.
Gəmi Çinin şərq sahillərindəki iri dəniz qovşağı olan Sindao limanında yerləşən "Beihai Shipbuilding Co." tərsanəsində təmirdə olub.
Çin sədri Si Cinpin təcili olaraq xilasetmə əməliyyatının keçirilməsi və itkin düşənlərin axtarışının təşkil edilməsi barədə göstəriş verib.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb