11 sentyabr 2026 13:33
99

Dondurulmuş Rusiya aktivlərinə görə Belçika çətin seçim qarşısındadır

Almaniyanın başçılıq etdiyi bir qrup Avropa İttifaqı ölkəsi dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi məqsədilə istifadə edilməsi ideyasını yenidən gündəmə gətirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatlar və rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiyevə dondurulmuş Rusiya aktivləri ilə təmin olunmuş yeni kreditin verilməsi təklif olunur. Bu vəsait Aİ-nin növbəti büdcəsində Ukrayna üçün nəzərdə tutulması planlaşdırılan 100 milyard avronun azı bir hissəsini əvəz edə bilər.

Ötən il Brüssel buna bənzər planı rədd etmişdi. Diplomatlardan biri nəşrə bildirib ki, bu təşəbbüs Belçikanı çətin seçim qarşısında qoyur: Ukraynaya dəstəyi Aİ büdcəsi hesabına maliyyələşdirmək (bu isə fermerlər və regionlar üçün ayrılan vəsaitlərin azaldılması demək ola bilər). Rusiya aktivlərindən istifadə etməklə milyardlarla avronu sərbəst buraxmaq.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının Məhkəməsi Macarıstanın dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Kiyevə hərbi yardıma yönəldilməsi qərarına qarşı qaldırdığı iddianı rədd etmişdi.