09 sentyabr 2026 11:10
77

2025-ci ildə dövlət çevrilişinə cəhd Avropa İttifaqı tərəfindən bəyənilib -

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib ki, 2025-ci il oktyabrın 4-də ölkədə hakimiyyətin zorla devrilməsinə cəhd Brüsseldən "yaşıl işıq" yandırıldıqdan sonra edilib.

“İki sahil” xəbər verir ki, Papuaşvili bu barədə sosial şəbəkələrdə yazıb.

"Çoxdandır ki, hər kəsə aydındır ki, Gürcüstan hakimiyyətinə qarşı zorakı aksiyalar, o cümlədən "Molotov kokteylləri"nin istifadəsini tərənnüm edən və təşviq edən kampaniya qismən Aİ-nin vəsaiti ilə maliyyələşdirilir. Üstəlik, məhz Brüserlinin virtual yaşıl işığından sonra ötən il oktyabrın 4-də hakimiyyətin devrilməsinə uğursuz cəhd edildi", – deyə Papuaşvili qeyd edib.

Papuaşvili Aİ-nin BMT yanında nümayəndəsi Mişel Servone d'Ursoun Gürcüstandakı "özbaşına həbsləri" və "repressiyaları" pisləyən açıqlamalarına münasibət bildirib. Parlamentin spikeri qeyd edib ki, Aİ nümayəndəsinin bu bəyanatları Brüsselin Gürcüstana qarşı siyasətinin dalana dirəndiyini bir daha sübut edir. Onun sözlərinə görə, əgər Avropa İttifaqı Gürcüstanla münasibətləri normallaşdırmaq istəyirsə, təcavüzkar ritorikaya son qoymalı və "məğlub olmuşinqilab ssenarisinin informasiya dəstəyindən" imtina etməlidir.