08 sentyabr 2026 22:49
104

Peru "Amerika Qalxanı" alyansına qoşulub

Peru transmilli və regional təhdidlərdən birgə müdafiə məqsədilə ABŞ tərəfindən yaradılan "Amerika Qalxanı" alyansına qoşulub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Cənubi Amerika ölkələrinə turnesi ilə əlaqədar "El Comercio" qəzeti üçün yazdığı məqaləsində bildirib.

"Peruya gəldikdə, biz ortaq 200 illik tariximizi gələcəyə daşımaq üçün Keyko Fuximorinin yeni hökuməti ilə işə başlamağı böyük nikbinliklə gözləyirik. İndi NATO-dan kənar mühüm müttəfiq olan Perunu "Amerika Qalxanı" çərçivəsində salamlayaraq, biz yarımkürəmizin transmilli və regional təhdidlərdən qorunması üzrə səylərimizi sinxronlaşdırırıq", - Rubio yazıb.

Regionda Çinlə artan əməkdaşlıq fonunda, o, ölkələri ABŞ ilə tərəfdaşlığa üstünlük verməyə çağırıb: "Regionumuzdakı hər bir ölkənin özünə tərəfdaş seçmək üçün suveren hüququ var. Biz yalnız onu xahiş edirik ki, bu seçim mütləq şəffaflıq şəraitində edilsin, onun bütün şərtləri isə ictimaiyyət üçün açıq olsun".

Qeyd edək ki, "Amerika Qalxanı" ABŞ və narkokartellərlə mübarizə aparan, eləcə də birgə hərbi əməliyyatlar keçirən bir sıra Latın Amerikası ölkələrinin alyansıdır.