İspaniya Mülki Qvardiyası kokos partiyasının içində gizlədilmiş bir tondan çox kokain aşkar edərək müsadirə edib.
“İki sahil” xəbər verir ki, Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı 1 238 kiloqram narkotik maddə müsadirə olunub. Kokain yük konteynerinin içərisində, paletlərin altında və yük maşınının qoşqusunun döşəməsində gizlədilmiş vəziyyətdə aşkar edilib.
Əməliyyat nəticəsində iki nəfər saxlanılıb. Polis əməkdaşları, həmçinin yükün mənşəyi və təyinatı barədə məlumat əldə etməyə kömək edə biləcək pul və bir neçə elektron cihaz götürüblər.
Lukaşenko ictimai təhlükəsizliyin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb