09 sentyabr 2026 11:25
100

Pakistan Səudiyyə Ərəbistanına qarşı təcavüzə cavab verməyə hazır olduğunu bəyan edib

Səudiyyə Ərəbistanına istənilən hücum Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı üçtərəfli saziş olan Məkkə Müdafiə İttifaqının aktivləşməsinə səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Geo TV" telekanalına müsahibəsində Pakistanın müdafiə naziri Xavəcə Asif bəyan edib.

"Biz bu paktın şərtləri ilə bağlıyıq və əgər [müttəfiqlərə qarşı] təcavüz nümayiş etdirularsə, biz öz öhdəliklərimizi yerinə yetirəcəyik. Burada heç bir ikibaşlılıq olmamalıdır", – deyə Asif bildirib.

Onun sözlərini "Bloomberg" agentliyi sitat gətirir.

Bununla əlaqədar olaraq nazir bildirib ki, "Ənsar Allah" üsyançı hərəkatının yəmənli husiləri Səudiyyə Ərəbistanına zərbələrinin "sazişin aktivləşməsinə səbəb ola biləcəyini" anlamalıdırlar.