09 sentyabr 2026 08:56
98

Dronlara qarşı mübarizə sistemləri modernləşdiriləcək

Kolumbiya Prezidenti Abelardo de la Esprielya Birləşmiş Ştatlara pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinin modernləşdirilməsi sahəsində əməkdaşlıq təklif edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Telemundo" telekanalı məlumat yayıb.

ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşün yekunlarına dair mətbuat konfransında çıxış edən prezident izah edib ki, amerikalılara təklif olunan "XXI əsrin vətənpərvəri" planı təyyarələrin, radarların, dronların, helikopterlərin, pilotsuz aparatlarla mübarizə sistemlərinin, hava hücumundan müdafiənin, mobilliyin, kəşfiyyatın, kibermüdafiənin, xüsusi təyinatlı qüvvələrin modernləşdirilməsinə, eləcə də onların texniki xidmətinə və döyüş hazırlığına yönəlib.

Esprielyanın sözlərinə görə, müasir təhdidlər təhlükəsizliyin təmin edilməsi üçün yeni imkanlar tələb edir, buna görə də Kolumbiya ABŞ ilə birlikdə narkokartellərə və qanunsuz silahlı birləşmələrə qarşı mübarizə aparmaq üçün potensial formalaşdırmaq niyyətindədir.

O vurğulayıb ki, Boqota öz vəsaitlərini yatırmağa hazırdır, lakin maddi-texniki bazanın keyfiyyətli yenilənməsi üçün Vaşinqtonun texnoloji və maliyyə yardımına ehtiyac var.