07 sentyabr 2026 12:19
114

ABŞ-nin orta mənzilli raketlərinin Norveçdə yerləşdirilməsi strateji dialoq imkanlarını sıfırlayacaq - Zaxarova

ABŞ-nin yerüstü orta mənzilli və qısa mənzilli raketlərinin Avropada, xüsusilə də Norveçdə yerləşdirilməsi Vaşinqtonla strateji sabitlik mövzusunda konstruktiv dialoq üçün bütün ilkin şərtləri sıfırlayacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.