07 sentyabr 2026 11:58
93

Qərb dövlətlərinin bu məsələ ilə bağlı tələbləri tamamilə əsassızdır - İran

İran Nüvə Agentliyinin müfəttişlərinin ölkədəki nüvə obyektlərinə daxil olmasına qoyulan məhdudiyyətlər ABŞ və İsrailin siyasətinin birbaşa nəticəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai keçirdiyi mətbuat konfransında bəyan edib.

Diplomatın sözlərinə görə, Qərb dövlətlərinin bu məsələ ilə bağlı tələbləri tamamilə əsassızdır: "MAEA-nın nüvə obyektlərinə çıxışının məhdudlaşdırılması ABŞ və sionist rejiminin İranın nüvə mərkəzlərinə qarşı həyata keçirdiyi cinayətkar və təcavüzkar əməllərinin birbaşa nəticəsidir".

İsmayıl Baqai Avropa ölkələrinin İranın nüvə dosyesini yenidən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq cəhdlərinə də münasibət bildirib. O qeyd edib ki, bu addımlar Avropa tərəfinin ötən ilin payızında BMT TŞ-nin sanksiyalarının bərpası ilə bağlı verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

İran XİN nümayəndəsi əlavə edib ki, bu cür cəhdlər İran, Çin və Rusiyanın "snapback" (sanksiyaların avtomatik bərpası) mexanizminin qanunsuz və tətbiqedilməz olması barədə mövqeyinin haqlı olduğunu bir daha sübut edir.