06 sentyabr 2026 20:25
92

Kuşner: Tramp həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı gələcək razılaşmalar yeni müharibənin qarşısını almalı və Ukraynaya müharibə zamanı nümayiş etdirilən güc və ixtiraçılığı ölkənin inkişafına yönəltmək imkanı verməlidir.

“İki sahil”in UNIAN-a istinadən məlumatına görə, ABŞ Prezidenti Donald Trampın nümayəndəsi və kürəkəni Cared Kuşner bunu Kiyevdə keçirilən danışıqların ilk mərhələsinin yekunlarına əsasən bildirib. "Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir", - o qeyd edib. Eyni zamanda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov danışığı çox məzmunlu adlandırıb. "Biz ruhlanırıq və işimizi nə qədər lazımdırsa davam etdirməyə hazırıq", - o, əmin edib.

Qeyd edək ki, sentyabrın 6-da S.Uitkov və C.Kuşner Ukrayna hakimiyyəti ilə danışıqlar aparmaq üçün Kiyevə gəliblər. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yanaşı, Prezident Administrasiyasının rəhbəri Kiril Budanov; Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Ali Radada "Xalqın qulluqçusu" fraksiyasının sədri David Araxamiya iştirak ediblər.