Litvada ordunun, hərbi komendantlıqların və Müdafiə Nazirliyinin sisteminə inteqrasiya olunmuş könüllü birləşmələrin iştirakı ilə "Qara qartal" hərbi təlimləri keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Baltik respublikasının Silahlı Qüvvələrinin komandanlığı məlumat verib.
"Təlimlər ölkənin qərbində — Klaypeda, Qarqjday və Şilute rayonlarında keçirilir", — deyə məlumatda qeyd olunur.
Bu region Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə həmsərhəddir.
Mülki qurumların nümayəndələrinin də iştirak etdiyi təlimlər zamanı strateji əhəmiyyətli infrastrukturların mühafizəsi və imitasiya edilən insidentlərə reaksiya verərkən fəaliyyətlərin əlaqələndirilməsi tapşırıqları icra olunacaq.
Hərbi təlimlər oktyabrın 25-dək davam edəcək.