Ukrayna müharibənin 1702-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 572 790 hərbçi, 12.439 ədəd tank, 25.594 ədəd zirehli döyüş maşını, 51.447 ədəd artilleriya sistemi, 2 229 (reaktiv yaylım atəş sistemi), 1 719 hava hücumundan müdafiə sistemi, 449 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 997 ədəd yerüstü robot-texnika kompleksi, 575 142 ədəd PUA, 165 641 ədəd avtomobil texnikası, 5 138 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4.846 xüsusi avadanlıq itirib.