İranın qərbində yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər həlak olub.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, hadisə Həmədan-Sənəndəc avtomobil yolunda baş verib. Sənəndəc şəhərinin qubernatorunun sözlərinə görə, yük maşını əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən qəza törədib. Qəza nəticəsində yanacaq daşıyan maşında güclü yanğın baş verib və daha sonra partlayış qeydə alınıb.
Bildirilib ki, yanğın nəzarətə götürülüb. Hadisə nəticəsində daha 6 nəfər xəsarət alıb.
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib