İndoneziyada pulsuz naharlardan zəhərlənənlərin sayı 2 min nəfərə yaxınlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən xəbər yayıb. Qeyd olunur ki, Şərqi və Mərkəzi Yava, Qərbi Sumatra, Açeh və Cənubi Sulavesidə qeydə alınan hadisələr dövlət proqramı çərçivəsində təqdim olunan qidadan istifadə etdikdən sonra xəstələnən təxminən 1 950 şagird, müəllim və internat məktəblərinin şagirdlərini əhatə edib.
İndoneziyanın Rembang Səhiyyə İdarəsinin rəhbəri Əli Siofinin sözlərinə görə, ən böyük zəhərlənmə hadisəsi Mərkəzi Yavanın Rembang dairəsində baş verib. Burada 752 şagird və 25 müəllim zərər çəkib. Zərərçəkənlərin əksəriyyəti tibb müəssisələrinə ishal, ürəkbulanma, qusma və qarın ağrısı şikayətləri ilə müraciət edib. Sentyabrın 2-nə olan İndoneziya Səhiyyə Nazirliyinin məlumatına görə, MBG proqramı ilə əlaqəli qida zəhərlənməsi halları nəticəsində 36 əyalətin 245 rayon və şəhərində 560 hadisə qeydə alınıb və ümumilikdə 50 059 nəfər zərər çəkib.
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına öz töhfəsini vermək cəhdlərini dayandırmır
İranda yanacaq daşıyan yük avtomobilinin partlaması 10 nəfərin həyatına son qoyub
Zelenski: Stiv Vitkoff və Cared Kuşneri gözləyirik və məzmunlu danışığa hazırıq