Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Şebekino şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. PUA-nın partlaması nəticəsində 16 yaşlı qız xəsarət alıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.
"Şebekinoda PUA-nın partlaması nəticəsində 16 yaşlı yeniyetmə bud nahiyəsindən qəlpə yarası alıb. Ona Şebekino Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərilir. Daha sonra qız vilayət uşaq klinik xəstəxanasına köçürüləcək", - deyə məlumatda bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”