Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna yenidən müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
“İki sahil” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu, son 24 saat ərzində hava limanının fəaliyyətində baş verən ikinci belə haldır. Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən əvvəlki məhdudiyyətlər şənbə günü səhər saatlarlarında qüvvəyə minmiş və təxminən bir saat davam etmişdi.
Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır, sərnişinlər və qarşılayanlar üçün reyslərin cədvəlindəki dəyişikliklərlə bağlı yeniləmələr təqdim olunur.