16 avqust 2026 14:03
219

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlu vəfat edib.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi general-mayorun vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: “Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”.