22 avqust 2026 20:28
100

MPL: “Qəbələ” öz meydanında “Şəfa”ya uduzdu

Bu gün Misli Premyer Liqasının 2-cu turu çərçivəsində “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edib.

İki sahil”in məlumatına görə, saat 18:30-da başlayan görüşdə yeganə qolu 69-cu dəqiqədə “Şəfa”nın futbolçusu Musa Quel vurub.

Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb. Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası:

II tur

22 avqust (şənbə)

18:30. “Qəbələ” 0–1 “Şəfa”

Qol: Musa Quel, 69

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”