22 avqust 2026 11:25
99

"Sevilya" Gürcüstan millisinin üzvünü transfer etdi

"Sevilya" "Sportinq"in yarımmüdafiəçisi Giorgi Koçoraşvilini transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı gürcüstanlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb. Transferin məbləğinin bonuslar nəzərə alınmadan təxminən 4 milyon avro olduğu bildirilir.

Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün "Atletik"lə keçiriləcək səfər oyununa yollanıb.

Gürcüstan millisinin üzvü ötən mövsüm "Sportinq"in heyətində 26 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İspaniyada "Levante"nin formasını geyinib.