22 avqust 2026 09:11
100

Tunisdə qayıq faciəsi, 10-dan çox şəxs itkin düşüb

Tunis sahilləri yaxınlığında miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 13 vətəndaş itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ölkədə miqrantların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat rəhbəri bildirib.

Onun sözlərinə görə, iki nəfəri xilas etmək mümkün olub. Qayığın İtaliya istiqamətində hərəkət etdiyi güman olunur.

Gəminin batma səbəbi açıqlanmayıb.