22 avqust 2026 10:07
97

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb

Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində ən azı 329 nəfər həlak olub, 247 nəfər isə itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Təbii Fəlakət Risklərinin İdarəedilməsi Xidməti (UNGRD) "X" sosial şəbəkəsində məlumat yayıb.

"329 nəfər ölüb, 4 600 nəfər yaralanıb, 247 nəfər itkin düşüb, 364 nəfər isə xilas edilib", - məlumatda bildirilir.

Bundan başqa, xilasedicilər 1,2 mindən çox heyvanı xilas ediblər.

Hökumətin son qiymətləndirmələrinə görə, yeraltı təkanlar nəticəsində 31 mindən çox yaşayış evi tamamilə dağılıb.