22 avqust 2026 09:39
94

Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb

Adriatik dənizi sahilində, Xorvatiyanın Zadar şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, təyyarə Çexiyadan havaya qalxıb.

"Radarlardan itən kiçik təyyarənin tapılması üzrə axtarış əməliyyatı saat 22:00 radələrində (Bakı vaxtı ilə şənbə günü gecə yarısı - red.) başa çatıb. Xorvatiya Dağ-Xilasetmə Xidmətinin mütəxəssisləri hava gəmisinin qalıqlarını və həlak olan iki nəfərin cəsədini aşkar ediblər", - polisin məlumatında bildirilib.

Təyyarənin qalıqları Zadardan 60 km aralıda yerləşən Paklenitsa milli parkının ərazisində, dağlıq bölgədə aşkarlanıb.