Çexiyadan Xorvatiyaya uçan kiçik təyyarə Zadar şəhəri yaxınlığında qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xorvatiya polisinin mətbuat xidməti məlumat yayıb. Qəza nəticəsində iki nəfər həlak olub.
"Radardan itən kiçik təyyarənin axtarışı təxminən saat 22:00-da başa çatıb. Təyyarənin qalıqları Zadardan 60 kilometr aralıda yerləşən Paklenitsa Milli Parkının dağlarında tapılıb”, - deyə məlumatda bildirilib.