Avqustun 21-də Rusiya qoşunları Krivoy Roqdakı ən böyük ticarət mərkəzinə dronlarla hücum ediblər. Hücum zamanı binanın içərisində çoxlu sayda mülki insan olub.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.
Rusiya ordusu Krivoy Roqdakı "Sonyaçna Qalereya” ticarət mərkəzinə iki dəfə dronlarla hücum edib.
Hava hücumu nəticəsində 14 nəfər həlak olub, daha 121 mülki şəxs yaralanıb.
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar "Black Hawk" helikopterlərinin satışını nəzərdən keçirəcək
Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır