22 avqust 2026 00:01
98

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar "Black Hawk" helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Dövlət Departamenti Norveçə "UH-60M Black Hawk" çoxməqsədli helikopterlərinin, eləcə də ümumi məbləği 2,3 milyard dollar olan əlaqədar avadanlıq və sistemlərin potensial satışını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin saytındakı bəyanatda deyilir.

Norveç tərəfi daha əvvəl Vaşinqtona 21 ədəd "UH-60M Black Hawk" helikopterinin, onlara aid güc qurğularının və silahların, həmçinin naviqasiya avadanlıqları, rabitə vasitələri və müdafiə kompleksləri daxil olmaqla, geniş sistemlər siyahısının alınması üçün sorğu göndərmişdi.

"Müqavilənin ümumi dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilir", - dərc edilmiş sənəddə göstərilib.

Amerika administrasiyası sözügedən potensial silah sövdələşməsinin təsdiqlənməsi barədə konqresə artıq bildiriş göndərib. Qanunverici orqanın təklif olunan müqaviləni araşdırmaq və onun mümkün bloklanması barədə qərar qəbul etmək üçün 15 günlük müddəti var.