09 avqust 2026 16:02
98

Qazaxıstanda sərnişin avtobusu yanıb

Qazaxıstanın Qərbi Qazaxıstan vilayətində Samara-Şımkent avtomobil yolunda sərnişin avtobusu yanıb.

“İki sahil” Qazaxıstan mediasına istinadla xəbər verir ki, hadisə Terekti rayonunda, Şalkar gölünə gedən yolun yaxınlığında baş verib.

Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, avtobusun salonunda 37 sərnişin olub. Onlar avtobusu özləri tərk ediblər. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Yanğın tam söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Departamentinin 8 əməkdaşı və 2 texnikası çalışıb.