09 avqust 2026 16:30
84

İspaniyada atəşfəşanlıq festivalında 27 nəfər xəsarət alıb

İspaniyada hər il keçirilən "Castell de l'Olla" atəşfəşanlıq festivalında pirotexnikanın nasazlığı səbəbindən 27 nəfər xəsarət alıb.

“İki sahil” "Cadena SER"ə istinadən xəbər verir ki, bu məlumatı tədbirin təşkilatçıları təsdiqləyiblər.

Məlumata görə, zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Qeyd olunur ki, Alikante vilayətinin Altea şəhərində 40 ildir keçirilən "Castell de l'Olla" festivalında 100 minə yaxın insan toplaşıb. Fişənglər isəı dənizdəki üzən platformalardan buraxılıb.