08 avqust 2026 13:31
104

Kobaxidze: Haaqa və Strasburq məhkəmələrində müharibə cinayətləri törətmədiyimizi sübut etdik

Gürcüstan Haaqa və Strasburq məhkəmələrində ordusunun müharibə cinayətləri törətmədiyini sübut etdi.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze ölkəsinin 2008-ci il müharibəsi ilə bağlı beynəlxalq məhkəmələrdə əldə etdiyi nəticələrdən danışarkən bəhs edib.

Kobaxidze bildirib ki, Haaqa və Strasburq məhkəmələrində Gürcüstan ordusu və gürcü hərbçiləri ilə bağlı mühüm məsələlər sübuta yetirilib.

"Həm Haaqa, həm də Strasburq çox vacib idi. Burada iki şeyi sübut etdik. Birincisi, Gürcüstan ordusunun və gürcü əsgərinin müharibə cinayətləri törətmədiyini Haaqa məhkəməsində sübut etdik. İkincisi, Strasburq məhkəməsində gürcü əsgərinin insan hüquqlarını pozmadığını sübut etdik", – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, bu nəticələr Gürcüstanın milli maraqları baxımından prinsipial əhəmiyyət daşıyır.

Qeyd edək ki, bu gün 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür.