Ukrayna avqustun 8-nə keçən gecə Rusiyadakı İlsk və Sızran neft emalı zavodlarına (NEZ) hücum edib, nəticədə hər iki müəssisədə yanğın olub.
“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukrayna", Krasnodar diyarının operativ qərargahı və Rusiya Federasiyası Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev teleqram kanalında məlumat yayıb.
"Pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi səbəbindən İlsk NEZ-də yanğın baş verib. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb", - regionun operativ qərargahının məlumatında bildirilib.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisə yerində operativ xidmətlər işləyir.
"RBK-Ukrayna"nın məlumatına görə, Rusiya Federasiyasının Samara vilayətindəki Sızran NEZ də zərbəyə məruz qalıb.
Regionun qubernatoru Vyaçeslav Fedorişev təsdiqləyib ki, bu gecə vilayətin sənaye müəssisələrindən biri Ukrayna PUA-sının hücumuna məruz qalıb.
"Hazırda fəsadların aradan qaldırılması davam edir. Operativ xidmətlər PUA-nın düşdüyü yerdə işləyir. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir", - o yazıb.
Operativ xidmətlər hücumun fəsadlarını aradan qaldırmağa davam edir. Hadisənin şəraiti və zədələnmələrin miqyası dəqiqləşdirilir.
Ukrayna Xəzər Boru Kəməri konsorsiumunun infrastrukturuna hücum etməyəcəyinə söz verib
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib