Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki il əvvəl səsləndirdiyi «Ermənistan kimə lazımdır?» sualına cavab verib.
“İki sahil” xəbər verir ki, Paşinyanın çıxışının görüntülərini «News.am» portalı yayımlayıb.
"Belarus Prezidenti bu suala cavab axtardı, axtardı və tapa bilmədi. İndi biz bu sualın cavabını göstəririk: Ermənistan Respublikasına Çin, Birləşmiş Ştatlar, Avropa İttifaqı və İran İslam Respublikasının ehtiyacı var. Eyni zamanda, bütün bu tərəfdaşlar da Ermənistan üçün vacibdir", — deyə Paşinyan bildirib.
Aleksandr Lukaşenko 2024-cü ilin avqustunda Ermənistan rəhbərliyinin yürütdüyü xarici siyasəti şərh edərkən belə demişdi: «Bu nə siyasətdir?! Bizdən başqa ermənilər kimə lazımdır? Onlar heç kimə lazım deyil. Qoy öz iqtisadiyyatlarını inkişaf etdirsinlər və əllərində olana yönəlsinlər».
Lukaşenko həmçinin Ukraynadakı hadisələrin təkrar olunmaması üçün Ermənistan rəhbərliyinə daha müdrik siyasət yürütməyi tövsiyə etmişdi.