30 iyul 2026 14:11
99

Pentaqon dron daşıyan pilotsuz katerlər üçün tender elan edib

ABŞ Müdafiə Nazirliyinin İnnovasiyalar Departamenti (DIU) SWAP-USV (Suitable Warfighting Adaptive Payloads - Unmanned Surface Vehicle) proqramı çərçivəsində kiçik zərbə dronları daşıya bilən pilotsuz katerlərin təcili hazırlanması üçün tender elan edib.

“İki sahil” xəbər verir ki, DIU-nun elanına əsasən, Vaşinqton dənizdə iki və ya daha çox dron vasitəsilə təhlükələri aşkar etmək, izləmək və neytrallaşdırmaq qabiliyyətinə malik, artıq bazarda mövcud olan pilotsuz katerlər axtarır. Tenderdə iştirak üçün müraciətlər avqustun 10-dək qəbul olunacaq. İddiaçıların təqdim etdiyi hazır məhsullar 120 gün ərzində sınaqdan keçirilməlidir.

DIU-dan bildirilib ki, düşmənlərin ucuz katerlər, yarım-batıran gəmilər və dronlar tətbiq etməsinə cavab olaraq ABŞ milyardlarla dollarlıq Hərbi Dəniz Qüvvələri vasitələrini işə salmaq məcburiyyətində qalır. Bu isə iqtisadi baxımdan səmərəsizdir.

Müsabiqə bir il ərzində üç mərhələdə keçiriləcək və ümumi investisiya həcmi 100 milyon dollar təşkil edəcək. Dəniz yürüşü məsafəsi ən azı 200 dəniz mili olmalıdır.